Fairmont Hotel *****
Fairmont Hotel *****
Fairmont Baku" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində, "Alov qüllələri” kompleksində yerləşən beşulduzlu otel. "Fairmont” otellər qrupuna aiddir.

Fairmont Baku” otelində yaradılan şərait öz görkəmini sürətlə dəyişən Bakının artıq dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirdiyini göstərir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.Otelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır. Oteldə 18 lift işləyir. Bütün bunlar bir daha təsdiqləyir ki, müasirləşən Azərbaycanda yüksək səviyyəli xidməti ilə seçilən mehmanxanaların inşası geniş vüsət almışdır və məşhur otel brendlərinin ölkəmizə olan marağı xeyli artmışdır."Fairmont Baku"nun yerləşdiyi "Alov qüllələri” Bakının yeni və möhtəşəm simvolları arasında paytaxtın gözəlliyini dünyaya yüksək səviyyədə təqdim edir. "Alov qüllələri”nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Çünki "Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir.


Room types  Prices for per person
 Fairmont Twin Room with City View  204 USD
 Fairmont King Room with City View  204 USD
 Deluxe Twin with Caspian Sea View  228 USD
 Deluxe King with Caspian Sea View  228 USD
 Fairmont Gold Room  251 USD
 Signature King Room with City View   268 USD
 Fairmont Gold Caspian Sea View Room  270 USD
 Signature King Room with Caspian Sea View  303 USD
 One-Bedroom King Suite with City View   406 USD


 


 PHP Contact Form

Copyright © 2017 - Atlant Travel Baku. Bütün hüquqları qorunur!

Site by «OKmedia»