Bilgah Beach Hotel *****

Bilgah Beach Hotel *****

"Bilgah Beach Hotel" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəriBilgəh qəsəbəsində beşulduzlu otel. "Absheron Hotel Group”a məxsusdur.

"Bilgah Beach Hotel” kompleksi original arxitektura üslubu ilə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri təklif etməsi ilə fərqlənir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılmışdır. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 yerlik avtomobil qarajı vardır .Divarlarda 14 min metal şardan istifadə edilməklə yaradılan dekorativ kompozisiya buraya xüsusi yaraşıq verir. Bu mərtəbədə hündürlüyü 58 metr olan çılçıraq quraşdırılmışdır.Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da vardır.İşıqlandırma sisteminin mükəmməlliyi ilə seçilən otelin birinci mərtəbəsində dənizin cazibədar mənzərəsi görünən və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik zal yaradılmışdır. Bu mərtəbədəki 44 nəfərlik "Piano lounge” da qonaqların ixtiyarına verilir. Dünya memarlığının ən son yeniliklərinin tətbiq olunduğu otelin dizayn elementləri turistlərdə xoş ovqat yaradır. Otelin restoranlarında qonaqlara yerli və xarici mətbəxlərin ləziz yeməkləri təqdim olunur.Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Oteldə yüksək səviyyəli qonaqlar üçün ümumi sahəsi 175 kvadratmetr olan nömrə, 125 kvadratmetrlik "Ambassador suit” də yaradılmışdır.Otelin zirzəmi qatında işgüzar şəxslərin müxtəlif tədbirlər keçirmələri üçün lazımi şərait yaradılmışdır. Buradakı 4 konfrans zalı müasir işıq və səsləndirmə sistemi ilə tam təchiz olunmuşdur.Kompleksdə qonaqlar üçün 24 saat fəaliyyət göstərən 150 nəfərlik böyük restoran yaradılmışdır. Buradakı Talas SPA və ümumi sahəsi 2 min 600 kvadratmetr olan Fitnes-Mərkəz müasirliyi ilə diqqəti çəkir. Bununla yanaşı, qonaqlara pulsuz xidmətin göstəriləcəyi su divarı və masaj otaqları, türk hamamı, saunalar, buxar otaqları, 7 müalicə otağı, 2 VİP SPA yaradılmışdır. Fitnes-Mərkəzdəki qapalı üzgüçülük hovuzunun uzunluğu 20, eni 10 metrdir.

Room types  Prices for per person
Standard Double Room   226 USD
Deluxe Room with Balcony  250 USD
Junior Suite with Sea View  323 USD
Executive Suite with Sea View  347 USD
Family Two-Bedroom Suite  602 USD




 

 PHP Contact Form

Copyright © 2017 - Atlant Travel Baku. Bütün hüquqları qorunur!

Site by «OKmedia»