Sapphire City Baku *****

Sapphire City Baku *****
"Sapphire City” lüks oteli Sizə dəbdəbə və komfort ab-havasında unudulmaz istirahət təklif edir! Bu dəbdəbəli otel paytaxtın iki məşhur məkanı, "Torqovaya” küçəsi (bakılılar Nizami küçəsini məhz bu cür adlandırır) və Bakının ən gözəl meydanı olan Fəvvarələr meydanının kəsişməsində yerləşir. Yeri gəlmişkən, qeyd edək ki, otelin bəzi nömrələrinin eyvanı məhz "Torqovaya” küçəsinə baxır.   

Gözəllik və möhtəşəmliyinə görə müştərilərimizin çoxu "Sapphire City” otelini muzey adlandırır. Otelimizə qədəm qoyduğunuz andan sanki başqa bir aləmə düşürsünüz! 
"Sapphire City” otelinin beşmərtəbəli binası qonaqları həm qüsursuz memarlıq üslubu, həm də sahəsi 30 kv.m-dən artıq olan nömrələrinin (bəzi nömrələrin sahəsi 55 kv.m-ə çatır) dəbdəbəli bəzəyi ilə cəlb edir. İstirahətinizin son dərəcədə rahat və xoş keçməsi üçün hər bir imkan yaradılmışdır. Müxtəlif kateqoriyalı gözəl, geniş və rahat nömrələrin havalandırma sistemi, internet və kabel televiziyası ilə təmin olunması, siqaret çəkən və çəkməyən qonaqların istəklərinin nəzərə alınması, nömrələrə 24 saatlıq xidmət, camaşırxana və kimyəvi təmizləmə xidmətləri, bəzi nömrələrin mətbəxlə təchiz olunması kimi şəraitlər də bunların sırasındadır. 
Otelin "La Fontaine” restoranında müxtəlif milli mətbəxlərin yeməklərini dada, nahardan sonra ənənəvi çay və işgüzar görüşlər üçün ideal məkan olan geniş lobbi barda vaxt keçirə və otelin komfortlu fitnes zalından faydalana bilərsiniz. "Sapphire City” otelində qonaqlar üçün yüksək səviyyədə təşkil olunmuş xidmət texnologiyası sayəsində iş və istirahətin ahəngi ilə uyğunlaşan rahatlıq və təhlükəsizlik ab-havası yaradılmışdır. 
Nəzakətli və bacarıqlı konsyerjlər Sizə məmnuniyyətlə taksi və bilet sifarişi, muzey və sərgilər haqda geniş məlumat almaqda kömək edəcəklər.

Room types  Prices for per person
 Standard Single   109 USD
 Deluxe Double or Twin Room  121 USD




 PHP Contact Form

Copyright © 2017 - Atlant Travel Baku. Bütün hüquqları qorunur!

Site by «OKmedia»