Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/users/j/j49595184/domains/atlanttravelbaku.az/engine/classes/templates.class.php on line 209 Hotels5-az - Atlant Travel Baku http://atlanttravelbaku.az/ ru Hotels5-az - Atlant Travel Baku DataLife Engine Sheraton Baku Airport Hotel ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/237-sheraton-baku-airport-hotel.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/237-sheraton-baku-airport-hotel.html
Sheraton Baku Airport Hotel *****

Oteldə 205 qonaqlama otağı və 8 konfrans zalı var, və 10 nəfərdən 650-ə kimi nəfərin iştirakı ilə tədbirlər keçirmək imkanına malikdir.Qonaqlar trenajor zalı, saunadan istifadə edə və sakitləşdirici masaj seansından yararlana bilər.İctimai zonalard, o cümlədən Link@Sheraton kafesində pulsuz simsiz yüksəksürətli İnternet mövcuddur. Həmçinin çap və faks xidmətləri göstərilir.İstəkdən asılı olaraq hava limanı və otel arasında pulsuz 24 saat nəqliyyat xidməti göstərilir.


Room types  Prices for per person
Double   114 USD
Executive Suite  132 USD
Junior Suite  208 USD


 


]]>
admin Tue, 11 Apr 2017 15:46:29 +0400
Fairmont Hotel ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/236-fairmont-hotel.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/236-fairmont-hotel.html
Fairmont Hotel *****
Fairmont Baku" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində, "Alov qüllələri” kompleksində yerləşən beşulduzlu otel. "Fairmont” otellər qrupuna aiddir.

Fairmont Baku” otelində yaradılan şərait öz görkəmini sürətlə dəyişən Bakının artıq dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirdiyini göstərir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.Otelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır. Oteldə 18 lift işləyir. Bütün bunlar bir daha təsdiqləyir ki, müasirləşən Azərbaycanda yüksək səviyyəli xidməti ilə seçilən mehmanxanaların inşası geniş vüsət almışdır və məşhur otel brendlərinin ölkəmizə olan marağı xeyli artmışdır."Fairmont Baku"nun yerləşdiyi "Alov qüllələri” Bakının yeni və möhtəşəm simvolları arasında paytaxtın gözəlliyini dünyaya yüksək səviyyədə təqdim edir. "Alov qüllələri”nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Çünki "Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir.


Room types  Prices for per person
 Fairmont Twin Room with City View  204 USD
 Fairmont King Room with City View  204 USD
 Deluxe Twin with Caspian Sea View  228 USD
 Deluxe King with Caspian Sea View  228 USD
 Fairmont Gold Room  251 USD
 Signature King Room with City View   268 USD
 Fairmont Gold Caspian Sea View Room  270 USD
 Signature King Room with Caspian Sea View  303 USD
 One-Bedroom King Suite with City View   406 USD


 


]]>
admin Tue, 11 Apr 2017 13:15:22 +0400
Bilgah Beach Hotel ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/235-bilgah-beach-hotel.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/235-bilgah-beach-hotel.html
Bilgah Beach Hotel *****

"Bilgah Beach Hotel" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəriBilgəh qəsəbəsində beşulduzlu otel. "Absheron Hotel Group”a məxsusdur.

"Bilgah Beach Hotel” kompleksi original arxitektura üslubu ilə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri təklif etməsi ilə fərqlənir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılmışdır. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 yerlik avtomobil qarajı vardır .Divarlarda 14 min metal şardan istifadə edilməklə yaradılan dekorativ kompozisiya buraya xüsusi yaraşıq verir. Bu mərtəbədə hündürlüyü 58 metr olan çılçıraq quraşdırılmışdır.Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da vardır.İşıqlandırma sisteminin mükəmməlliyi ilə seçilən otelin birinci mərtəbəsində dənizin cazibədar mənzərəsi görünən və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik zal yaradılmışdır. Bu mərtəbədəki 44 nəfərlik "Piano lounge” da qonaqların ixtiyarına verilir. Dünya memarlığının ən son yeniliklərinin tətbiq olunduğu otelin dizayn elementləri turistlərdə xoş ovqat yaradır. Otelin restoranlarında qonaqlara yerli və xarici mətbəxlərin ləziz yeməkləri təqdim olunur.Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Oteldə yüksək səviyyəli qonaqlar üçün ümumi sahəsi 175 kvadratmetr olan nömrə, 125 kvadratmetrlik "Ambassador suit” də yaradılmışdır.Otelin zirzəmi qatında işgüzar şəxslərin müxtəlif tədbirlər keçirmələri üçün lazımi şərait yaradılmışdır. Buradakı 4 konfrans zalı müasir işıq və səsləndirmə sistemi ilə tam təchiz olunmuşdur.Kompleksdə qonaqlar üçün 24 saat fəaliyyət göstərən 150 nəfərlik böyük restoran yaradılmışdır. Buradakı Talas SPA və ümumi sahəsi 2 min 600 kvadratmetr olan Fitnes-Mərkəz müasirliyi ilə diqqəti çəkir. Bununla yanaşı, qonaqlara pulsuz xidmətin göstəriləcəyi su divarı və masaj otaqları, türk hamamı, saunalar, buxar otaqları, 7 müalicə otağı, 2 VİP SPA yaradılmışdır. Fitnes-Mərkəzdəki qapalı üzgüçülük hovuzunun uzunluğu 20, eni 10 metrdir.

Room types  Prices for per person
Standard Double Room   226 USD
Deluxe Room with Balcony  250 USD
Junior Suite with Sea View  323 USD
Executive Suite with Sea View  347 USD
Family Two-Bedroom Suite  602 USD




 

]]>
admin Tue, 11 Apr 2017 11:33:44 +0400
Qafqaz Karvansaray Hotel ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/228-qafqaz-karvansaray-hotel.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/228-qafqaz-karvansaray-hotel.html
Qafqaz Karvansaray  Hotel *****
QafqaZ Karvansaray Hotel Qəbələdə yerləşən butik tipli beşulduzlu oteldir. Otel Qafqaz dağlarının ətəyində şəhər mərkəzinə yaxın olan bir ərazidə yerləşir. Karvansaray oteli qonaqların istirahəti üçün 159 otaq təqdim edir. Otelin daxilində yerləşən restoran Qəbələ mətbəxinin gözəl neymətlərini qonaqlara təqdim edir. İstirahətin daha da gözəl olması üçün otel tərəfindən xüsusi dizayna məxsus olan otel ərazisi qonaqların istifadəsinə verilir.

Otaq növü  Tək otaq qiymətləri  Cüt otaq qiymətləri
Standard 
 62(USD)  71(USD)
Junior Suite  83(USD)  83(USD)
 Suite  177(USD)  177(USD)


]]>
admin Tue, 11 Apr 2017 10:21:54 +0400
Qafqaz Sport Hotel ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/210-qafqaz-sport-hotel.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/210-qafqaz-sport-hotel.html
Qafqaz Sport Hotel *****
Qafqaz Sport Oteli Qəbələdə yerləşən beşulduzlu kompleksdir. Qafqaz dağlarının yamacında yerləşən otel həm istirahət və dincəlmə, həm də açıq hava fəaliyyətləri üçün möhtəşəm bir yerdə tikilmişdir. Kompleksdə ümumilikdə əsas oteldə yerləşən 96 otaq və ərazidə yerləşən 21 kottec vardır. Burada həm yerli mətbəxə aid dadlı yeməklər, həm də dünya mətbəxindən çeşidlər təklif edən üç restoran mövcuddur. Otel kompleksinə idman mərkəzi və gimnastika zalı, spa və sağlamlıq mərkəzi, konfrans mərkəzi, açıq havada idman fəaliyyətləri üçün nəzərdə tutulmuş sahə daxildir. Otel və ərazisində toyların təşkili üçün nəzərdə tutulmuş məkan da mövcuddur.
 Otaq Növü  Single Room Rates   Double Room Rates 
 Superior  68(USD)  80(USD)
 Junior Suite  91(USD)  91(USD)
 

]]>
admin Mon, 10 Apr 2017 14:15:01 +0400
Qafqaz Riverside Hotel ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/209-qafqaz-riverside-hotel.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/209-qafqaz-riverside-hotel.html
Qafqaz Riverside Hotel *****
QafqaZ Riverside Resort Qəbələ şəhərində dağların əhatəsində yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel öz qonaqlarına geniş və rahat otaqlar təqdim edir. Ailəvi istirahət üçün otelin ərazisində yerləşən koteclər ideal bir seçim ola bilər. Oteldə mövcud olan restoranda qonaqlar azərbaycan və dünya mətbəxinin ləziz neymətllərini dada bilərlər.
Otaq Növü  Single Room Rates  Double Room Rates
Standard Room  83(USD)  94(USD)
Junior Suite  121(USD)  121(USD)

Kottec 1+1  133(USD)  2nəfər
 Kottec 2+1  200(USD)  4nəfər
Kottec 3+1  233(USD)  6nəfər
 Dublex Suite  262(USD)  4nəfər


]]>
admin Mon, 10 Apr 2017 14:06:14 +0400
Qafqaz Point Boutique Hotel ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/208-qafqaz-point-boutique-hotel.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/208-qafqaz-point-boutique-hotel.html
Qafqaz  Point  Boutique Hotel *****

Qafqaz Point Hotel 74 otaq təklif edən ən yeni otellərdən biridir. Otel müasir və dəbli otaqları ilə rahat istirahət təklif edir. Bizim otel çox əlverişli bir yerdə yerləşdiyinə görə şəhərin mərkəzinə və bütün əhəmiyyətli obyektlərə çox yaxındlr. Baku Point Hotel qonaqlara Standard, Superior, Junior Suite və Deluxe tipli otaqlar təqdim edir. Yemək qəbul edən zaman otelimizin restoranından gözəl bir mənzərəni seyr etmək olar. Baku Point Otel işgüzar görüşlər üçün də istifadə oluna bilər. Bunun üçün müştəri və qonaqlara xüsusi zal istifadəyə verilir.

Otaqların sayı: 74 Standart: 44 Superior: 26 Junior Suite: 3 Deluxe: 1
		
Otaq Növü  Single Room Rates   Double Room Rates
 Standart Room  83(USD)  94(USD)
 Superior  91(USD) 103(USD)
 Junior Suite  118(USD)  118(USD)
 Deluxe Suite  136(USD)  136(USD)



]]>
admin Mon, 10 Apr 2017 14:02:21 +0400
Sapphire Inn Hotel ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/207-sapphire-inn-hotel.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/207-sapphire-inn-hotel.html
Sapphire Inn Hotel *****
Modern üslubda qurulan Sapphire Inn Hotel müasir rahatlıqların və yüksək səviyyəli xidmətin qovuşduğu məkandır. Qonaqların rahatlığı və xoş vaxt keçirmələri üçün otelimizdə hər bir şərait yaradılıb.   
Sapphire Inn Hotel şəhərin düz mərkəzində yerləşib və bu sizə vaxtınızı itirmədən şəhərin görməli yerlərini, ticarət və əyləncə, həmçinin biznes mərkəzlərini ziyarət etməyə imkan verəcək. Əgər yolunuz uzaqdırsa, onda biz sizə avtomobil icarə xidmətini və ya taksi sifarişi xidmətini təklif edə bilərik. Bundan başqa, biz sizə fərdi parkinq imkanını da təklif edə bilərik. 
Bizim dəbdəbəli nömrələr bütün müasir rahatlıqlarla təchiz edilib: kondisioner sistemi, kabel televiziyası, İnternet. Otelimizdə siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. Biz tərəfdən həmçinin otaqların 24 saat ərzində xidməti, camaşırxana və quru təmizləmə xidmətləri, parkinq xidməti, görüşlərin təşkili, restoran, bar və aromaterapiya kimi xidmətlər təqdim olunub. Konfrans və işgüzar görüşlərin keçirilməsi üçün isə otelimizdə Aksaray II konfrans zalı fəaliyyət göstərir.Sapphire Inn Hotel 56 geniş otaqlardan ibarətdir. Onlardan 23-ü biznes, 9 delyuks, 24-i isə ailəvi delyuks nömrələrdir. 
Otelimizin nömrələrində iki və daha çox qonaqların yerləşdirilməsi mümkündür. Otelimizdə həmçinin siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. 
Hər nömrə ikiyataqlı çarpayı, həm duş kabini, həm də vanna ilə təchiz edilmiş hamam otağı, yazı masası, stullar, yumşaq mebel, LCD televizoru, kondisioner sistemi, İnternet, internetə simli və simsiz qoşulma imkanı, telefon, seyf və mini-barla təchiz edilib.
Otaqlarin Növləri  Single Room Rates  Double Room Rates  Triple Room Rates
 Suite Room  96USD  114USD  125USD
 Deluxe Room  79USD 96USD 114USD
 Business Standard  73USD 85USD  
                                                     Group Prices

Otaqlarin Növləri   Single Room Rates   Double Room Rates  Triple Room Rates
 Deluxe Room  67USD  73USD  85USD
 Business Standard  67USD  73USD  


]]>
admin Mon, 10 Apr 2017 13:57:03 +0400
Sapphire Marine Hotel ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/206-sapphire-marine-hotel.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/206-sapphire-marine-hotel.html
Sapphire Marine Hotel *****
Şixov qəsəbəsində yerləşən Sapphire Marine Hotel ziyarətinizin səbəblərindən asılı olmayaraq sizin üçün əla seçim olacaq. İş, ailəvi istirahət, dostlarla birgə istirahət və ya sadəcə təklikdə qalmaq istəyi - otelimizin bütün hallar üçün əlverişlidir.   
Geniş və rahat otaqlar, zərif xörəklərin hazırlandığı restoran, fitnes və spa imkanları, hovuz, hamamlar və oteldən cəmi bir neçə addımlıqda olan dəniz - bütün bunlar hər bir insanın arzuladığı şeylərdir. 
Bizim nömrələr bütün müasir rahatlıqlarla təchiz edilib: kondisioner sistemi, kabel televiziyası, İnternet. Otelimizdə siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. Biz tərəfdən həmçinin otaqların 24 saat ərzində xidməti, camaşırxana və quru təmizləmə xidmətləri, parkinq xidməti, görüşlərin təşkili, restoran, bar, fitnes və spa prosedurlar kimi xidmətlər təqdim olunub. Banket və tədbirlərin keçirilməsi üçün isə otelimizdə Maxim restoranı fəaliyyət göstərir.Sapphire Marine Hotel 36 geniş otaqlardan ibarətdir. Onlardan 17-si biznes, 14-ü delyuks, 5-i isə birləşdirilmiş nömrələrdir. 
Otelimizin nömrələrində iki və daha çox qonaqların yerləşdirilməsi mümkündür. Nömrələrdə dənizə baxan eyvanlar var. Otelimizdə həmçinin siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. 

*Hər nömrə ikiyataqlı çarpayı, həm duş kabini, həm də vanna ilə təchiz edilmiş hamam otağı, yazı masası, stullar, yumşaq mebel, LCD televizoru, kondisioner sistemi, İnternet, internetə simli və simsiz qoşulma imkanı, telefon, seyf və mini-barla təchiz edilib.

26.03.17-20.05.17


Otaq növləri  Single  Double  Triple
Standard room   64USD  67USD  
Comfort room with sea view   70USD  73USD  79USD
Family room   79USD  85USD  91USD

 30.05.17-05.08.17
Otaq növləri  Single   Double  Triple
Standard room   76USD  82USD  
Comfort room with sea view   85USD  91USD  
Family room   93USD  96USD  102USD


]]>
admin Mon, 10 Apr 2017 13:53:18 +0400
Sapphire City Baku ***** http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/205-sapphire-city-baku.html http://atlanttravelbaku.az/incoming_az/incoming-hotels_az/hotels5_az/205-sapphire-city-baku.html
Sapphire City Baku *****
"Sapphire City” lüks oteli Sizə dəbdəbə və komfort ab-havasında unudulmaz istirahət təklif edir! Bu dəbdəbəli otel paytaxtın iki məşhur məkanı, "Torqovaya” küçəsi (bakılılar Nizami küçəsini məhz bu cür adlandırır) və Bakının ən gözəl meydanı olan Fəvvarələr meydanının kəsişməsində yerləşir. Yeri gəlmişkən, qeyd edək ki, otelin bəzi nömrələrinin eyvanı məhz "Torqovaya” küçəsinə baxır.   

Gözəllik və möhtəşəmliyinə görə müştərilərimizin çoxu "Sapphire City” otelini muzey adlandırır. Otelimizə qədəm qoyduğunuz andan sanki başqa bir aləmə düşürsünüz! 
"Sapphire City” otelinin beşmərtəbəli binası qonaqları həm qüsursuz memarlıq üslubu, həm də sahəsi 30 kv.m-dən artıq olan nömrələrinin (bəzi nömrələrin sahəsi 55 kv.m-ə çatır) dəbdəbəli bəzəyi ilə cəlb edir. İstirahətinizin son dərəcədə rahat və xoş keçməsi üçün hər bir imkan yaradılmışdır. Müxtəlif kateqoriyalı gözəl, geniş və rahat nömrələrin havalandırma sistemi, internet və kabel televiziyası ilə təmin olunması, siqaret çəkən və çəkməyən qonaqların istəklərinin nəzərə alınması, nömrələrə 24 saatlıq xidmət, camaşırxana və kimyəvi təmizləmə xidmətləri, bəzi nömrələrin mətbəxlə təchiz olunması kimi şəraitlər də bunların sırasındadır. 
Otelin "La Fontaine” restoranında müxtəlif milli mətbəxlərin yeməklərini dada, nahardan sonra ənənəvi çay və işgüzar görüşlər üçün ideal məkan olan geniş lobbi barda vaxt keçirə və otelin komfortlu fitnes zalından faydalana bilərsiniz. "Sapphire City” otelində qonaqlar üçün yüksək səviyyədə təşkil olunmuş xidmət texnologiyası sayəsində iş və istirahətin ahəngi ilə uyğunlaşan rahatlıq və təhlükəsizlik ab-havası yaradılmışdır. 
Nəzakətli və bacarıqlı konsyerjlər Sizə məmnuniyyətlə taksi və bilet sifarişi, muzey və sərgilər haqda geniş məlumat almaqda kömək edəcəklər.

Room types  Prices for per person
 Standard Single   109 USD
 Deluxe Double or Twin Room  121 USD




]]>
admin Mon, 10 Apr 2017 13:52:08 +0400